Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubu ilə müqavilə bağlayıb 26 yaşlı yarımmüdafiəçi “Drita” ilə anlaşıb
Futbol
23 Yanvar , 2018 17:28
Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubu ilə müqavilə bağlayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə karyerasını Kosovonun “Drita” klubunda davam etdirəcək.

“Report” Qnilane təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlanılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilmir. Kosovo Super Liqasında çıxış edən “Drita” 18 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Amit Quluzadə cari mövsümün ilk yarısını "Səbail”də keçirib və qış fasiləsində komandadan göndərilib. Orta sahə oyunçusu karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Qəbələ”, "Rəvan”, eləcə də Türkiyənin "Kayseri Erciyesspor”, Portuqaliyanın "Atletiko” və Yunanıstanın AEL klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi