Azərbaycan millisinin sabiq futbolçusu: İspaniya yığmasını Fransa ilə dueldə favorit hesab edirəm

Azərbaycan millisinin sabiq futbolçusu: İspaniya yığmasını Fransa ilə dueldə favorit hesab edirəm Oyun baxımından İspaniyanı favorit hesab edirəm.
Futbol
9 İyul , 2024 13:14
Azərbaycan millisinin sabiq futbolçusu: İspaniya yığmasını Fransa ilə dueldə favorit hesab edirəm
Ceyhun Sultanov

Oyun baxımından İspaniyanı favorit hesab edirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsində bu gün keçiriləcək İspaniya - Fransa matçı ilə bağlı danışarkən deyib.

44 yaşlı sabiq yarımmüdafiəçi hər iki komandanın daha əvvəl bu titula sahib çıxdığını xatırladıb:

"Ağır və maraqlı qarşılaşma olacaq. Amma ispanları favorit görürəm. Belə matçlar bol qollu keçməyə bilər. Qrup mərhələsindən sonra komandalar top buraxmamaq üçün qapanırlar".

C.Sultanov İspaniya kollektivinin indiyədək turnirdəki hər qarşılaşmada rəqiblərinin qapısına yol tapdığını söyləyib: "Düşünürəm ki, bu dəfə də bunu bacaracaqlar. Əsas odur ki, maraqlı oyun izləyək. Hər iki kollektivin heyətində ulduz futbolçular var. Amma oyun baxımından İspaniya millisini bir az güclü hesab edirəm".

Qeyd edək ki, İspaniya - Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi finalda İngiltərə - Niderland duelinin güclüsü ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi