Azərbaycan millisinin rəqibi heyətini açıqladı

Azərbaycan millisinin rəqibi heyətini açıqladı Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Monteneqro seçməsinin heyətini müəyyənləşib.
Futbol
439
19 Avqust , 2020 19:48
Azərbaycan millisinin rəqibi heyətini açıqladı

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Monteneqro seçməsinin heyətini müəyyənləşib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Faruk Hacibeqiç Kipr və Lüksemburqla oyunlar üçün 23 futbolçuya dəvət göndərib.

Siyahıda 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu var.

Qapıçılar: Daniel Petkoviç ("Anje, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç ("Vulverhempton", İngiltərə)

Müdafiəçilər: Stefan Saviç ("Atletiko", İspaniya), Marko Simiç ("Liepaya", Latviya), Jarko Tomaşeviç ("Astana", Qazaxıstan), Adam Marusiç ("Latsio", İtaliya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momçilo Raspopoviç ("Riyeka", Xorvatiya)

Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", Çexiya), Aleksandr Şçekiç ("Partizan", Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Aleksandr Bolyeviç ("Standard", Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi "Muskron", Belçika), Sead Hakşabanoviç ("Norrçyopinq", İsveç), Vukan Saviçeviç ("Samsunspor", Türkiyə)

Hücumçular: Fatoş Beçiray ("Visla", Krakov, Polşa) Stefan Yovetiç ("Monako", Fransa), Stefan Muqosa ("İnçxon Yunayted", Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq", Norveç).

Qeyd edək ki, Monteneqro yığması C Liqasının I qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi