Azərbaycan millisinin qapıçısı 2-3 həftəlik sıradan çıxıb

Azərbaycan millisinin qapıçısı 2-3 həftəlik sıradan çıxıb "Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının XXV tur oyununda zədələnən "Zirə"nin qapıçısı Mehdi Cənnətovun durumuna aydınlıq gəlib.
Futbol
5 May , 2022 18:01
Azərbaycan millisinin qapıçısı 2-3 həftəlik sıradan çıxıb

"Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının XXV tur oyununda zədələnən "Zirə"nin qapıçısı Mehdi Cənnətovun durumuna aydınlıq gəlib.

Paytaxt təmsilçisinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 30 yaşlı qolkiper 2-3 həftəlik sıradan çıxıb.

Cənnətov rəqibin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı sıradan çıxıb. Azərbaycan millisinin üzvü matça davam edə bilmədiyi üçün ikinci hissədə Anar Nəzirovla əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Orphus sistemi