Azərbaycan millisinin qapıçısı 2-3 həftəlik sıradan çıxıb

Futbol
  • 05 may, 2022
  • 14:01
Azərbaycan millisinin qapıçısı 2-3 həftəlik sıradan çıxıb

"Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının XXV tur oyununda zədələnən "Zirə"nin qapıçısı Mehdi Cənnətovun durumuna aydınlıq gəlib.

Paytaxt təmsilçisinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 30 yaşlı qolkiper 2-3 həftəlik sıradan çıxıb.

Cənnətov rəqibin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı sıradan çıxıb. Azərbaycan millisinin üzvü matça davam edə bilmədiyi üçün ikinci hissədə Anar Nəzirovla əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə bitib.

44 filmi