Azərbaycan millisinin müdafiəçisi: “Portuqaliya ilə oyunda daha yaxşısını edə bilərdik"

Azərbaycan millisinin müdafiəçisi: “Portuqaliya ilə oyunda daha yaxşısını edə bilərdik" Avropa çempionatında Portuqaliya ilə oyun bizim üçün çox böyük və maraqlı təcrübə oldu.
Futbol
31 Oktyabr , 2024 17:21
Azərbaycan millisinin müdafiəçisi: “Portuqaliya ilə oyunda daha yaxşısını edə bilərdik
Fidan Cəfərova

Düşünürəm ki, daha yaxşısını edə bilərdik.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət yığmasının futbolçusu Fidan Cəfərova Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliyaya qarşı keçirdikləri matçlarla bağlı danışarkən deyib.

19 yaşlı müdafiəçi ani səhvlərdən qapılarında qol gördüklərini söyləyib:

“Rəqibi yetərincə təhlil edmişdik, çox təcrübəli komanda idi. Hədəflərimiz vardı, amma istədiyimiz kimi olmadı. Ani səhvlərdən qapımızda qol gördük. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Gələcəkdə təkrarlamamaq üçün səhvlər üzərində işləyəcəyik. Belə rəqibə qarşı oynamaq bizim üçün çox böyük və maraqlı təcrübə oldu. Komandamız həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazır idi. Düşünürəm ki, daha yaxşısını edə bilərdik. Əlimizdən gələnin ən yaxşısını ortaya qoymağa çalışdıq”.

Qeyd edək ki, Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə qarşılaşan Azərbaycan millisi hər iki oyunda məğlub olaraq (1:4, 0:4) mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi