Azərbaycan millisinin müdafiəçisi heyətdən çıxarılıb

Azərbaycan millisinin müdafiəçisi heyətdən çıxarılıb Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib.
Futbol
157
4 Sentyabr , 2019 14:41
Azərbaycan millisinin müdafiəçisi heyətdən çıxarılıb

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmaya "Qarabağ" klubundan dəvət almış müdafiəçi Rahil Məmmədov zədələnib. Məmmədov bu gün səhər məşqi zamanı köhnə zədəsini yeniləyib. Millinin həkiminin rəyinə və baş məşqçi Nikola Yurçeviçin qərarına əsasən, o, heyətdən çıxarılıb.

Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. Azərbaycan millisi səfərə bu gün çıxacaq. 

Son xəbərlər

Orphus sistemi