Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi cəzalı duruma düşüb.
"Report"un məlumatına görə, buna 28 yaşlı müdafiəçinin Belqradda Serbiya yığması qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda sarı vərəqə görməsi səbəb olub. Təcrübəli oyunçu bu üzdən noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq.
Bu, Haqverdinin seçmə mərhələdə ikinci rəsmi xəbərdarlığıdır. O, ilk sarı vərəqəni evdə Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmada alıb.
Qeyd edək ki, Serbiya - Azərbaycan görüşündə hazırda ilk hissə oynanılır və hesab rəqibin xeyrinədir - 1:0.