Azərbaycan millisinin Lüksemburq və Qətər ilə oyunlar üçün heyəti açıqlanıb
- 06 noyabr, 2021
- 18:00
Futbol üzrə Azərbaycan millisinin Lüksemburqa qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoldaşlıq matçı üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib. Onlardan 6-sı legionerdir.
| Mehdi Cənnətov | Zirə | Qapıçı |
| Emil Balayev | Qarabağ | Qapıçı |
| Şahrudin Məhəmmədəliyev | Qarabağ | Qapıçı |
| Maksim Medvedev | Qarabağ | Müdafiəçi |
| Bəhlul Mustafazadə | Qarabağ | Müdafiəçi |
| Azər Salahlı | Keşlə | Müdafiəçi |
| Mert Çelik | Neftçi | Müdafiəçi |
| Höccət Haqqverdi | Sumqayıt | Müdafiəçi |
| Bəxtiyar Həsənalızadə | Sabah | Müdafiəçi |
| Tellur Mütəllimov | Sumqayıt | Müdafiəçi |
| Anton Krivotsyuk | Wisla Plock (Polşa) | Müdafiəçi |
| Amin Seydiyev | Sabah | Müdafiəçi |
| Cəlal Hüseynov | Zirə | Müdafiəçi |
| Qara Qarayev | Qarabağ | Yarımmüdafiəçi |
| Çoşqun Diniyev | Zirə | Yarımmüdafiəçi |
| Filip Ozobiç | Qarabağ | Yarımmüdafiəçi |
| Vüqar Mustafayev | Sumqayıt | Yarımmüdafiəçi |
| Emin Mahmudov | Neftçi | Yarımmüdafiəçi |
| Rüstəm Əhmədzadə | Minaj (Ukrayna) | Hücumçu |
| Namik Ələskərov | Bursaspor (Türkiyə) | Hücumçu |
| Renat Dadaşov | Tondela (Portuqaliya) | Hücumçu |
| Ramil Şeydayev | Qarabağ | Hücumçu |
| Mahir Emreli | Legia Warszawa (Polşa) | Hücumçu |
| Araz Abdullayev | Etnikos (Kipr) | Hücumçu |
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Lüksemburqu, 3 gün sonra isə Qətəri qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq hər iki qarşılaşma saat 21:00-da başlayacaq.