Azərbaycan millisinin kapitanı: "Baş məşqçinin tapşırığından çox şey asılıdır"

Azərbaycan millisinin kapitanı: "Baş məşqçinin tapşırığından çox şey asılıdır" “Hazırlığa dekabrın 12-dən başlamışıq. Dünən və bu gün isə gündə 2 dəfə məşq keçirik. Məşqlərdə fiziki hazırlığa yox, taktiki çalışmalara daha çox yer verilir".
Futbol
135
16 Dekabr , 2021 14:07
Azərbaycan millisinin kapitanı: Baş məşqçinin tapşırığından çox şey asılıdır
Rizvan Fərzəliyev

“Hazırlığa dekabrın 12-dən başlamışıq. Dünən və bu gün isə gündə 2 dəfə məşq keçirik. Məşqlərdə fiziki hazırlığa yox, taktiki çalışmalara daha çox yer verilir".

"Report"un məlumatına görə, bu fikirli futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirilən brifinqdə deyib.

O, Ukrayna ilə matçlarda həm yaxşı nəticə qazanmaq, həm də səhvləri, çatışmazlıqlarımızı görmək istədiklərini söyləyib: "Çünki yanvarda da toplanışımız və yoldaşlıq oyunumuz olacaq. Həmin hazırlıq prosesində bu matçlarda ortaya çıxacaq səhvlər üzərində işləyəcəyik. Adından da göründüyü kimi, Ukrayna ilə oyunlarımız yoxlama xarakteri daşıyacaq. Lakin reytinq əmsallarına xallar əlavə etmək baxımından qələbə qazanmaq lazımdır. Baş məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Elə etməliyik ki, Avropa çempionatının final mərhələsinə tam hazır yollanaq".

Fərzəliyev Ukrayna seçməsi ilə ilk dəfə 2010-cu ildə qarşılaşdıqlarını xatırladıb: "Həmin vaxt final mərhələsinin ¼ final matçı idi. Əsas və əlavə vaxt heç-heçə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşdi. Sonrakı illərdə isə həm rəsmi oyunlarda, həm də turnirlərdə üz-üzə gəldik. Ümumiləşdirsək, bizim üçün uğurlu rəqib deyil. Çox qaçan komandadır. Biz isə texnikalı oyuna üstünlük veririk. Ona görə də oyun çətin keçəcək”.

Son xəbərlər

Orphus sistemi