Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 2-də İranın İsfahan şəhərində start götürəcək futzal üzrə “4 Top Nations” turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva 14 futzalçıya dəvət göndərib:
N | ADI, SOYAD | KLUB |
1 | Samir Həmzəyev | EKOL |
2 | Emin Kürdov | EKOL |
3 | Rövşən Hüseynli | Araz |
4 | Rizvan Fərzəliyev | Araz |
5 | Eduardo Mello Borges | Araz |
6 | Everton Kardosa | Araz |
7 | Karvalho Vilela Dos Santos | Araz |
8 | Thiaqo Teles Martins | Araz |
9 | Qabriel Bastos | Araz |
10 | İsa Atayev | Araz |
11 | Ramiz Çovdarov | Araz |
12 | Villiams Oliveira Do Nascimento “Vassoura” | Al Dhafra, BƏƏ |
13 | Renat Sultanov | Marafon Futsal |
14 | Seymur Məmmədov | Marafon Futsal |
Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu dekabrın 3-də meydan sahiblərinə qarşı keçirəcək. Ertəsi gün Rusiya millisi ilə qarşılaşacaq kollektivin son matçı dekabrın 6-da Qazaxıstan komandasına qarşı olacaq.