Azərbaycan millisinin hücumçusu Ukrayna klubunun tarixinə düşüb

Azərbaycan millisinin hücumçusu Ukrayna klubunun tarixinə düşüb "Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubunun tarixinə düşüb.
Futbol
15 Dekabr , 2021 20:13
Azərbaycan millisinin hücumçusu Ukrayna klubunun tarixinə düşüb

"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ujqorod təmsilçisindən xarici kluba satılan ilk oyunçu olub.

21 yaşlı hücumçu həmçinin "Minay"ın tarixində ilk tamhüquqlu transferdir.

Qeyd edək ki, "Qarabağ" Rüstəm Əhmədzadə ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi