Azərbaycan millisinin hücumçusu karantinə alınıb

Azərbaycan millisinin hücumçusu karantinə alınıb Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliya "Tondela"sı koronavirusa görə tam tərkibdə karantinə alınıb.
Futbol
711
1 Dekabr , 2021 19:35
Azərbaycan millisinin hücumçusu karantinə alınıb

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliya "Tondela"sı koronavirusa görə tam tərkibdə karantinə alınıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv yerli səhiyyə idarəsinin müvafiq tələbi ilə təcrid olunub.

Daha əvvəl "Tondela"nın baş məşqçisi Pako Ayestaran, yarımmüdafiəçi Manu Ernando və hücumçu Salvador Aqranın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov bu ilin iyulundan icarə əsasında "Tondela"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi