Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib 2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Futbol
5 Sentyabr , 2021 23:44
Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı vərəqə cəzalısı olduğu üçün yığmanın qarşıdakı oyununda iştirak etməyəcək.

Əvəzində millinin düşərgəsinə yeni oyunçu dəvət olunub. “Keşlə” klubunun müdafiəçisi Şəhriyar Əliyev komandaya qoşulub.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi