Azərbaycan millisinin futbolçusunun klubu Albaniya Kubokunda yarımfinala yüksəlib

Futbol
  • 26 fevral, 2025
  • 18:33
Azərbaycan millisinin futbolçusunun klubu Albaniya Kubokunda yarımfinala yüksəlib

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" klubu Albaniya Kubokunda yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, 1/4 finalda "Bilis" kollektivi ilə qarşılaşan Rroqojine təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb.

Komanda ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığı üçün növbəti mərhələyə adlayıb.

90 dəqiqə meydanda olan Zamiq Əliyev 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

44 filmi