Azərbaycan millisinin futbolçusu: "Xalqımızı sevindirmək istəyirdik"

Azərbaycan millisinin futbolçusu: "Xalqımızı sevindirmək istəyirdik" "Qələbə qazanıb xalqımızı sevindirmək istəyirdik. Amma alınmadı. Yaxşı oyun sərgilədik. Epizodlardan yararlana bilmədik"
Futbol
11 Noyabr , 2021 23:08
Azərbaycan millisinin futbolçusu: Xalqımızı sevindirmək istəyirdik

"Mərhələnin son oyunu idi. Qələbə qazanıb xalqımızı sevindirmək istəyirdik. Amma alınmadı. Yaxşı oyun sərgilədik. Epizodlardan yalnız birindən istifadə etdik".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Azər Salahlı Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

27 yaşlı müdafiəçi milliyə dəstək verdikləri üçün azarkeşlərə təşəkkür edib.

Onun sözlərinə görə, Tellur Mütəllimovun qırmızı vərəqə alması komandaya təsir edib: "Əsas məqsədimiz qələbə qazanmaq idi. Hücumameyilli oynamaq niyyətində idik. Sadəcə, erkən qırmızı vərəqə çıxışımıza təsir etdi".

Son xəbərlər

Orphus sistemi