Azərbaycan millisinin futbolçusu Polşa klubunda ilk qolunu vurub

Futbol
  • 28 fevral, 2025
  • 22:59
Azərbaycan millisinin futbolçusu Polşa klubunda ilk qolunu vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.

“Report”un məlumatına görə, 25 yaşlı hücumçu komandadakı debüt matçında fərqlənib.

Forvard çempionatın XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşmanın 90-cı dəqiqəsində rəqib qapısına yol tapıb. O, 80-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, fevralın 24-də “Radomyak” Renat Dadaşovu heyətinə qatdığını açıqlamışdı.