Azərbaycan millisinin futbolçusu Kipr klubuna qələbə qazandırıb - VİDEO

Azərbaycan millisinin futbolçusu Kipr klubuna qələbə qazandırıb - VİDEO "Anortosis" qələbə sayəsində liderliyə yüksəlib
Futbol
10 Dekabr , 2017 00:30
Azərbaycan millisinin futbolçusu Kipr klubuna qələbə qazandırıb - VİDEO

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin "Anortosis" klubunun heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu çempionatın XV turunda "Alki" ilə ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Abdullayev 90+1-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bu qol sayəsində "Anortosis" 2:1 hesablı əzmkar qələbə qazanaraq, 33 xalla yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, bu, Araz Abdullayevin "Anortosis"in heyətində ikinci qolu olub.

Son xəbərlər

Orphus sistemi