Azərbaycan millisinin futbolçusu İtaliya nəhənginə qarşı çıxış edib
Futbol
- 14 avqust, 2023
- 06:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniya klubu “Eqnatiya”nın heyətində İtaliya nəhəngi “İnter”ə qarşı yoxlama görüşündə iştirak edib.
“Report”un məlumatına görə, yarımmüdafiəçi təlim-məşq toplanışı çərçivəsində Milanda baş tutan qarşılaşmanın son 15 dəqiqəsində meydanda olub.
İsgəndərli komandası hesabda 2:1 öndə olarkən, 75-ci dəqiqədə mübarizəyə qoşulub. Bundan sonra 3 qol vuran “İnter” 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya”ya ötən ay “Sumqayıt”dan keçib. Albaniya çempionatında 2023/2024 mövsümü avqustun 19-da start götürəcək.
Son xəbərlər
20:25
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Fərdi
20:07
G20 sammitində iqtisadi artım və təhlükəsizlik məsələləri müzakirə olunacaq
Digər ölkələr
19:44
Foto
"Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub
Mədəniyyət siyasəti
19:36
Ştaynmayer: Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir
Digər ölkələr
19:28
Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb
Futbol
19:16
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Region
19:02
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region