Azərbaycan millisinin futbolçusu Almaniya klublarından təklif alıb

Futbol
  • 28 mart, 2018
  • 05:49
Azərbaycan millisinin futbolçusu Almaniya klublarından təklif alıb

Bakı. 28 mart. REPORT.AZ/ Almaniya "Ayntraxt"ından kənarlaşdırılan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov bir neçə klubdan təklif alıb.

“Report” xəbər verir ki, bu barədə 18 yaşlı hücumçunun meneceri Kostas Spanudakis “Bild”ə bildirib. O deyib ki, Dadaşovu birbaşa müqaviləyə dəvət etmək istəyənlər var: “Almaniya və xaricdən bir neçə təklif gəlib. Onlardan bəziləri futbolçunu dərhal götürməyə hazırdır”.

Qeyd edək ki, “Ayntraxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var. 18 yaşlı futbolçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsindədir. Yığma üzvü formasını qorumaq üçün Almaniyada Regional Liqanın Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.

44 filmi