Azərbaycan millisinin debütantı: "Səfərdə Kosovoya qalib gəlməyə qadirik"

Azərbaycan millisinin debütantı: "Səfərdə Kosovoya qalib gəlməyə qadirik" Bakı. 18 noyabr. REPORT.AZ/ Turnir cədvəli baxımından 3 xal çox vacib idi. Ona görə də çox sevindirici haldır ki, qələbə qazandıq. Qrupda Kosovo ilə keçirəcəyimiz son oyunda əlimizdən gələni edəcəyik ki, qalib gələrək, növbəti mərhələyə və C Liqasına yüksələk.
Futbol
18 Noyabr , 2018 00:16
Azərbaycan millisinin debütantı: Səfərdə Kosovoya qalib gəlməyə qadirik
Report

Bakı. 18 noyabr. REPORT.AZ/ "Turnir cədvəli baxımından 3 xal çox vacib idi. Ona görə də çox sevindirici haldır ki, qələbə qazandıq. Qrupda Kosovo ilə keçirəcəyimiz son oyunda əlimizdən gələni edəcəyik ki, qalib gələrək, növbəti mərhələyə və C Liqasına yüksələk".

"Report" xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Mirabdulla Abbasov evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

O bildirib ki, 3-cü qrupun digər görüşündə Kosovo səfərdə Maltanı yensə də, komandasının istəyinə çatması realdır:

"Düzdür, Kosovo bu tur səfərdə Maltanı 5:0 hesabı ilə yenib. Amma futbolda hər şey mümkündür. Bakıda Kosovo ilə qolsuz heç-heçə etsək də, milli komandamızın qələbə qazana biləcək gücdə olduğunu düşünürəm".

Millidə ilk dəfə debüt edən 23 yaşlı hücumçu öz oyununu dəyərləndirmək istəməyib:

"Qoy, izləyənlər qiymət versinlər. Hamı kimi, mən də qol vurmaq istəyirdim. Amma hər epizodda qol vurmaq olmur. Bəxtim gətirmədi, vura bilmədim. Gələcək oyunlarda vuracağıma ümid edirəm".

Gənc forvard Kosovo ilə matçda meydana çıxmasının nə dərəcədə mümkünlüyünə dair sualı isə belə cavablandırıb:

"Start heyətdə meydana çıxıb-çıxmayacağımı deyə bilmərəm. Bu, baş məşqçinin qərarına bağlı məsələdir. İlk 11-likdə meydana çıxsam da, sonradan oyuna girsəm də, əlimdən gələni edəcəyəm. Ehtiyatda qalsam, qərara hörmətlə yanaşacağam".

Mirabdulla Abbasov Farer adaları ilə ev oyununun 78-ci dəqiqəsində Rüfət Dadaşovun əvəzinə meydana daxil olub.

Son xəbərlər

Orphus sistemi