Azərbaycan millisinin daha bir yoldaşlıq görüşündə rəqibi müəyyənləşib

Azərbaycan millisinin daha bir yoldaşlıq görüşündə rəqibi müəyyənləşib Bu barədə AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub
Futbol
16 aprel 2018 12:07
Azərbaycan millisinin daha bir yoldaşlıq görüşündə rəqibi müəyyənləşib

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 5-də Astana şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Qazaxıstan yığması olacaq. Bu barədə AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub.  

Razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi