Azərbaycan millisinin baş məşqçsi: Rusiya və Belarusa qarşı oynamaq böyük təcrübədir

Azərbaycan millisinin baş məşqçsi: Rusiya və Belarusa qarşı oynamaq böyük təcrübədir Qızlar üçün Rusiya, Belarus kimi komandalara qarşı oynamaq böyük təcrübə idi.
Futbol
23 Sentyabr , 2024 14:11
Azərbaycan millisinin baş məşqçsi: Rusiya və Belarusa qarşı oynamaq böyük təcrübədir

Qızlar üçün Rusiya və Belarus kimi komandalara qarşı oynamaq böyük təcrübədir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın 15 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Gülənbər Qasımova UEFA İnkişaf Turnirindəki nəticələrlə bağlı danışarkən deyib.

Mütəxəssis keçirdiyi üç oyunda məğlub olan komandaya dəstəyin vacibliyini vurğulayıb:

"Oyunların nəticələri ürəkaçan olmasa da, qızlar üçün Rusiya və Belarus kimi komandalara qarşı oynamaq böyük təcrübədir. Rəqiblərimiz heç də zəif deyildilər. Özbəkistanla oyunda qələbə şansımız olsa da, uduzduq. Bu da təcrübəsizlikdən irəli gəlir. Nəzərə almaq lazımdır ki, qızlar ilk dəfədir rəsmi turnirdə və bu cür komandalara qarşı oynayırdılar. Belə turnirlərin keçirilməsi, U-15 yığmamızın orada yer alması və fərqli səviyyədə olan rəqiblərə qarşı 90 dəqiqə vuruşması komanda üçün böyük təcrübədir. Düşünürəm ki, bu cür turnirlər qızların inkişafında böyük rol oynayır. Onlar hələ uşaqdırlar, qalib gələ və ya məğlub ola bilərlər. Onlara dəstək verrmək lazımdır".

Qeyd edək ki, U-15 UEFA İnkişaf Turnirində Özbəkistana 1:2, Belarusa 1:8, Rusiyaya isə 0:9 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi