Azərbaycan millisinin baş məşqçisi: "Rəqibdən daha yaxşıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Rəqibdən daha yaxşıyıq" Hər iki milli komanda üçün qarşıdakı rəsmi matç öncəsi vacib hazırlıq oyunu idi. Futbolçularımızın çoxunu iş başında gördük. Bizi indi seçmə mərhələdə ilk qarşılaşma düşündürür, sonra növbəti oyunlara baxacağıq.
Futbol
1 İyun , 2019 22:55
Azərbaycan millisinin baş məşqçisi: Rəqibdən daha yaxşıyıq
Milan Obradoviç

"Hər iki milli komanda üçün qarşıdakı rəsmi matç öncəsi vacib hazırlıq oyunu idi. Futbolçularımızın çoxunu iş başında gördük. Bizi indi seçmə mərhələdə ilk qarşılaşma düşündürür, sonra növbəti oyunlara baxacağıq".

"Report" xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç yoxlama matçında əsas yığmaya 0:3 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis bildirib ki, təlim-məşq toplanışının gedişatı onu sevindirir: "Demək olar iki həftədi bir yerdəyik. Futbolçular verilən bütün tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar. Bu, kənardan görünür. Azərbaycanın əsas yığmasına yaxşı oyun və qələbələr arzulayıram. Yetirmələrimə arzu edərdim ki, onlar hər iki hissədə belə güclərini ortaya qoysunlar. Bəzən bu, alınmır. Bilirsiniz, yaxşı komandalara qarşı da oynayırsan və özünü həmişə yaxşı tərəfdən göstərə bilmirsən. Buna baxmayaraq, bu hazırlıq matçı bizim üçün önəmli idi. Bilirsiniz ki, bizdə belə yaxşı rəqiblə qarşılaşmalar az olur. Buna görə də futbolçular oyundan zövq aldı".

Obradoviç Avropa çempionatının seçmə mərhələsinin birinci turunda səfərdə qarşılaşacaqları Lixtenşteynlə matç barədə də danışıb. Məşqçi ilk növbədə texnika və taktika üzərində işlədikkərini deyib: "İstəyirik ki, yaxşı oynayaq, hər qarşılaşmada irəli gedək. Hər oyunda özümüzü yaxşı göstərmək istəyirik. Rəqibin buna nə qədər imkan verməsini də nəzərə alırıq. Lixtenşteynə 3 xal qazanmaq üçün gedirik. Fikrimcə, rəqibdən daha yaxşıyıq. Ancaq bunu hələ sübut etməliyik".

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan matçı iyunun 6-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi