Azərbaycan millisinin baş məşqçisi Polşaya yollanıb

Azərbaycan millisinin baş məşqçisi Polşaya yollanıb Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşaya yollanıb.
Futbol
2656
8 Avqust , 2021 14:36
Azərbaycan millisinin baş məşqçisi Polşaya yollanıb
Canni de Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşaya yollanıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən yığma üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.

Qeyd edək ki, Krivotsyukun çıxış etdiyi Plotsk "Visla"sı çempionatın 3-cü turunda avqustun 9-da “Radomiak” klubu ilə qarşılaşacaq. Emrelinin formasını geyindiyi “Legiya” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunuda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. Bu görüş avqustun 10-da olacaq.

Son xəbərlər

Orphus sistemi