Azərbaycan millisinin baş məşqçisi: "Müdafiə planında inkişaf etməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Müdafiə planında inkişaf etməliyik" Müdafiə planında inkişaf etməliyik.
Futbol
13 Oktyabr , 2024 16:35
Azərbaycan millisinin baş məşqçisi: Müdafiə planında inkişaf etməliyik

Müdafiə planında inkişaf etməliyik.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında baş tutacaq Slovakiya ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib.

Mütəxəssis meydana qələbə üçün çıxacaqlarını deyib:

"Komanda hücumda pis çıxış etmir. Müdafiə planında inkişaf etməliyik. Rəqib qol vəziyyətlərindən istifadə edirsə, cavab vermək çətinləşir. Futbolçular yaratdıqları qol vəziyyətlərindən yararlanmalı olduqlarını düşünməlidirlər. Hər gün onlarla danışırıq, söhbətlər aparırıq. Gələcəyə nikbin baxmaq lazımdır. Düşünürəm ki, bir ildən sonra futbolçular istənilən rəqibə müqavimət göstərə biləcəklər".

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi