Canni De Byazi: "Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyirəm"

Canni De Byazi: "Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyirəm" "Hələ ölməmişəm, yenidən uğurlu çıxış etmək istəyim var".
Futbol
27 İyun , 2022 09:53
Canni De Byazi: Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyirəm

"Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyim var".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcək karyerası barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis yenidən uğur qazanmaq arzusunda olduğunu bildirib: "Bunun klub va ya yığma olması elə də önəmli deyil. Hələlik isə Azərbaycan millisinin sükanı arxasındayam. 2022-ci ilin sentyabrınadək müqaviləm var".

Azərbaycandakı həyatından da söz açan 66 yaşlı baş məşqçi Bakıda tək yaşadığını söyləyib: "Həyat yoldaşım Konelyanodadır, qızım isə Padua universitetində oxuyur. Yemək bişirməyi bilirəm, həmçinin, burada italyan restoranları var".

Ötən ilin dekabrında koronavirusa yoluxduğunu deyən De Byazi xəstəliyi ağır keçirdiyini əlavə edib: "Yeddi kiloqram arıqladım. Amma sağaldım".

Son xəbərlər

Orphus sistemi