Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa xüsusi mükafat təqdim olunub.
"Report" xəbər verir ki, 69 yaşlı mütəxəssis “Liga Portugal Awards”ın seçiminə əsasən, Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, iyun ayından yığmamızın "sükanı arxasına" keçən F.Santuş 2016-cı il Avropa çempionatında Portuqaliya yığmasının baş məşqçisi kimi qızıl medal qazanıb.