Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatının 1/4 finalına yüksəlmək niyyətindəyik”

Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatının 1/4 finalına yüksəlmək niyyətindəyik” Ümid edirəm ki, dünya çempionatının 1/8 finalında qələbə qazanıb ilk “8-liy”ə düşməyi bacararıq.
Futbol
8 Oktyabr , 2024 14:05
Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatının 1/4 finalına yüksəlmək niyyətindəyik”
Sahib Məmmədov

İspaniyaya məğlubiyyət bizə dərs oldu. Növbəti matça ciddi şəkildə köklənib, dünya çempionatının 1/4 finalına yüksəlmək niyyətindəyik.

Bunu “Report”a açıqlamasında Azərbaycanın çimərlik futbolu yığmasının baş məşqçisi Sahib Məmmədov İspaniyanın Kadis şəhərində təşkil olunana dünya çempionatının qrup mərhələsində keçirdikləri matçların nəticələrini dəyərləndirərkən deyib.

Mütəxəssis son oyunda 0:7 hesabı ilə uduzduqları İspaniya yığmasının çox güclü olduğunu vurğulayıb:

“İlk matçda çox yaxşı oynadıq və İngiltərəyə 4:0 hesabı ilə qalib gəldik. İkinci oyunda Gürcüstan millisini 7:2 hesabı ilə məğlub etdik. Bu matçda ilk iki hissədən sonra hesabda 2:1 irəlidə idik. Sonra daha 5 qol vurub qələbə qazandıq. İspaniya ilə oyunun isə ilk 3 dəqiqəsində müdafiədə boşluqlar verdik. Hesab artıq 0:3 olmuşdu. Düşünürəm ki, "qırılma nöqtəsi" də məhz bu oldu, futbolçularda bir az ruh düşkünlüyü yarandı. Hər halda, İspaniya Avropa çempionudur və evdə oynayırlar. Hakimlərin də onlara bir az simpatiyası var idi. Hakimlərə görə məğlub olduğumuzu demirəm. Sadəcə, bəzi məqamlarda qayda pozuntularını qeydə alsaydılar, bəlkə də hesab başqa cür olardı. İstənilən halda, İspaniya çox güclü idi. İkinci hissədə komanda bir qədər özünə gəlmişdi, amma bu heç nəyi dəyişmədi. Zəif oynamağımız belə hesaba gətirib çıxardı”.

Mütəxəssis 1/4 finala vəsiqə qazanmaq niyyətində olduqlarını söyləyib:

“1/8 finala vəsiqə qazanmışıq. Rəqibimiz bu axşam müəyyənləşəcək. Bundan sonra təhlil edəcəyik. İspaniyaya məğlubiyyət bizə dərs oldu. Növbəti matça ciddi köklənib 1/4 finala yüksəlmək niyyətindəyik”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının qrup mərhələsində İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya 0:7 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi