AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olan Azərbaycan millisi dəstəksiz qalmayacaq.
"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandanı 50-yə yaxın azarkeş dəstəkləyəcək. Artıq onların bir neçəsi tribunada əyləşiblər. Fanatların arasında Avropada fəaliyyət göstərən "Milli Dəstə" fan-klubunun üzvləri də var.
Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.