Azərbaycan millisində 247-ci debütant

Azərbaycan millisində 247-ci debütant Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev Azərbaycan millisində debüt edib
Futbol
25 Mart , 2021 00:58
Azərbaycan millisində 247-ci debütant

Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev Azərbaycan millisində debüt edib.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə səfər matçında fasilədən sonra meydana daxil olub. O, Abbas Hüseynovu əvəzləyib.

Forvard yığmanın tarixinə 247-ci futbolçu kimi düşüb.

Qeyd edək ki, hazırda hesab portuqaliyalıların xeyrinədir - 1:0.

Son xəbərlər

Orphus sistemi