​Azərbaycan millisi Ukrayna ilə yoldaşlıq oyunu keçirib

​Azərbaycan millisi Ukrayna ilə yoldaşlıq oyunu keçirib Qarşılaşma 1:1 hesabı ilə başa çatıb
Futbol
28 Avqust , 2015 11:24
​Azərbaycan millisi Ukrayna ilə yoldaşlıq oyunu keçirib

Bakı. 28 avqust. REPORT.AZ/ Ukraynada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyunu keçirib. 

"Report"un məlumatına görə, ukraynalı həmyaşıdları ilə qarşılaşan yığmamız heç-heçə edib – 1:1.

Qeyd edək ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu 0:0 hesabı ilə başa çatmışdı.

Son xəbərlər

Orphus sistemi