Azərbaycan millisi Slovakiya yığmasına böyük hesabla uduzub

Azərbaycan millisi Slovakiya yığmasına böyük hesabla uduzub Komandamız son turda Sloveniya ilə qarşılaşacaq
Futbol
12 Noyabr , 2014 18:39
Azərbaycan millisi Slovakiya yığmasına böyük hesabla uduzub
Bakı. 12 noyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Nikolay Adamın başçılıq etdiyi yığma Slovakiya ilə üz-üzə gəlib. 

Macarıstanın Dunauyvaroş şəhərindəki "Grosics Gyula" stadionunda baş tutan qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Millimizin yeganə qolunu 50-ci dəqiqədə penaltidən Budaq Nəsirov vurub. 81-ci dəqiqədə ikinci sarı vərəqənin ardından meydanı tərk edən Yusup Xakimov komandamızı azlıqda qoyub. 

Bu məğlubiyyətdən sonra Azərbaycan yığması sonuncu pilləyə enib. Hazırda 2 oyundan 1 xala malik komandamız 4-cü, eyni xalı olan Sloveniya 3-cü, 2 xala malik Macarıstan 2-ci pillədədir. Xallarını 6-ya çatdıran Slovakiya isə elit-raunda vəsiqəni təmin edib. Millimiz noyabrın 15-də Sloveniyanı, Macarıstan isə Slovakiyanı sınağa çəkəcək. Növbəti mərhələyə qrupda ilk 2 yeri tutan və ən yaxşı göstəriciyə malik 3-cü komanda yüksələcək.   

Son xəbərlər

Orphus sistemi