Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində keçiriləcək San Marino yığması ilə oyunun hazırlığını davam etdirir.
"Report"un məlumatına görə, Robert Prosineçkiin rəhbərlik etdiyi komanda "Dalğa Arena"da axşam məşqinə çıxıb. Yığmanın futbolçusu Əfran İsmayılov komandadan ayrı məşq edib.
Məşq prosesini AFFA İcraiyyə Komitəsinin üzvləri də izləyiblər.
Xatırladaq ki, yığma milli komandaların Mərdəkanda yerləşən təlim-məşq bazasında hazırlaşır.
FOTO: Firi Salim