Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Futbol
10 Oktyabr , 2020 07:30
Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda III turda qrup lideri Monteneqronun qonağı olacaq. Podqoritsa şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İlk 2 oyununda Monteneqro Kipr (2:0) və Lüksemburq (1:0) üzərində səfər qələbələrinə imza atıb. 

İlk turda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edən Azərbaycan millisi qrupdakı şanslarının azalmaması üçün sərfəli nəticə qazanmağa çalışacaq.

Yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxacaq. Rəqibin heyətində isə Stefan Saviç cəzalıdır. Qrupun digər matçında Lüksemburq Kipri qəbul edəcək.

10 oktyabr

UEFA Millətlər Liqası
C liqası, III tur
1-ci qrup
17:00. Monteneqro – Azərbaycan
Hakimlər: 
Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)
Podqoritsa. Şəhər stadionu.

Son xəbərlər

Orphus sistemi