​Azərbaycan millisi mərkəzi arenaya qayıdır

​Azərbaycan millisi mərkəzi arenaya qayıdır Azərbaycan Malta yığmasını Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək
Futbol
24 Yanvar , 2015 15:33
​Azərbaycan millisi mərkəzi arenaya qayıdır

Bakı. 24 yanvar. REPORT.AZ/ Avro-2016-nın seçmə mərhələsində Azərbaycan və Malta milli komandaları arasında görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. "Report"un məlumatına görə, qarşılaşmanın "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulsa da, sonradan dəyişiklik olub.

Eyni gündə - martın 28-də Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyini nəzərə alan AFFA UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu isə yerli federasiyanın müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, sonuncu dəfə bu arenada Azərbaycan millisi 2013-cü il martın 26-da Portuqaliya ilə üz-üzə gəlib. DÇ-2014-ün seçmə qrup mərhələsinin qarşılaşmasında qonaqlar qalib gəlib - 2:0.

Son xəbərlər

Orphus sistemi