Azərbaycan millisi FIFA reytinqində 5 pillə geriləyib

Azərbaycan millisi FIFA reytinqində 5 pillə geriləyib FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Futbol
16 Sentyabr , 2021 12:00
Azərbaycan millisi FIFA reytinqində 5 pillə geriləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisi 5 pillə geriləyərək 1158 xalla 117-ci sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1 pillə irəliləyərək 1674 xalla 7-ci, 1 pillə irəliləyən Serbiya 1515 xalla 28-ci, 3 sıra gerilən İrlandiya 1418 xalla 50-ci, 2 mövqe irəliləyən Lüksemburq isə 1244 xalla 94-cü yerdədir.

Türkiyə yığması isə reytinqdə 2 pillə geriləyib. "Ay-ulduzlular" 1455 xalla 41-ci sırada yer alıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1832), Braziliya (1811) və İngiltərə (1755) qərarlaşıb.

Qeyd edək ki, son olaraq seçmə mərhələdə Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzmuş Azərbaycan millisi İrlandiya ilə heç-heçə edib - 1:1.

Son xəbərlər

Orphus sistemi