Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Futbol
16 İyul , 2024 09:59
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

"Report" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə ilə qarşılaşacaq.

Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatı, seçmə mərhələ

16 iyul

21.00. İsveçrə - Azərbaycan

Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).

Lozanna, "Olimpik De La Pontez" stadionu.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi