Azərbaycan millisi Almaniyaya məğlub olub

Azərbaycan millisi Almaniyaya məğlub olub 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
111
16 Noyabr , 2019 17:49
Azərbaycan millisi Almaniyaya məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu komanda ikinci matçda Almaniya ilə üz-üzə gəlib. Yunanıstanın Patra şəhərində keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 noyabrın 19-da Qazaxıstanla üz-üzə gələcək. Komanda qrupdakı ilk oyunda meydan sahibi Yunanıstana uduzub - 1:6. 

Son xəbərlər

Orphus sistemi