Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki bu gün saat 17:00-da "Dalğa" Arenada keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçını izləyib. "Report"un "Dalğa" arenada olan əməkdaşının verdiyi məlumata görə, oyunu xorvatiyalı mütəxəssislə yanaşı, Azərbaycanın U-21 millisinin baş məşqçisi və AFFA-nın texniki direktoru Bernard Lippert, AFFA-nın baş katibi Elxan Məmmədov izləyir.
Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən olan Robert Prosineçki bu gün səhər saatlarında Bakıya gəlib.