Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşovun yeni komandası müəyyənləşib. “Report”un məlumatına görə, 26 yaşlı hücumçu karyerasını Almaniya çempionatının Regional Liqasının Şimal-Şərq zonasında çıxış edən (IV divizion) Berlin “Dinamo”sunda davam etdirəcək.
Onunla 1 illik müqavilə bağlanılıb. Dadaşov ötən mövsüm Regional Liqada mübarzə aparan "Moyzelvits"in formasını geyinib. Təcrübəli forvard artıq “Rote-Vayss Erfut”la yoxlama görüşündə (2:1) qol hesabını açıb, “Tsossen 07” matçda (9:0) isə dubl edib.
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Rüfət Dadaşov ötən mövsüm "Moyzelvits"lə çıxdığı 33 oyunda 12 dəfə fərqlənib.