Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb - VİDEO

Futbol
  • 18 avqust, 2017
  • 18:34
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Aueyə ilk xalı qazandırıb - VİDEO

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"yə yeni mövsümdə ilk xalı qazandırıb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu III turun "Braunşveyq"lə səfər görüşündə fərqlənib.

O, 24-cü dəqiqədə hesabı açıb. Lakin "Aue" 2 dəqiqə sonra qapısından top buraxıb. Nəticədə Nazarovun komandası 1 xalla kifayətlənməli olub.

Bununla da "Aue" 1 xalla 14-cü pilləyə yüksəlib. 5 xala malik "Braunşveyq" isə 5-ci pillədədir.

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb - VİDEO