Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub Millinin bu uğurunun əbədiləşdirilməsi və tarixdəki yerini alması üçün komanda haqqında film çəkilib.
Futbol
10 Oktyabr , 2022 15:37
Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan mini-futbol millisinin tarix yazaraq Avropa çempionu olması müxtəlif sferalarda yüksək qiymətləndirilib.

Komandanın bu uğuru Azərbaycan Prezidenti İlham Əliyevin də diqqətini çəkib və təsadüfi deyil ki, daim idmana qayğı göstərən, bütün uğurları nəzarətdə saxlayan ölkə başçısı milli komandanın üzvlərini və federasiya rəhbərliyini qəbul edib, onların nailiyyətlərinin dövlət səviyyəsində diqqət mərkəzində olduğunu vurğulayıb.

Millinin bu uğurunun əbədiləşdirilməsi və tarixdəki yerini alması üçün komanda haqqında film çəkilib.

“Doqquzuncu an” adlanan filmin ideya müəllifi Azərbaycan Mini-Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan İbrahimoğlu, quruluşçu rejissoru isə Elçin Qasımovdur.

Ekran əsərində komandamızın Avropa çempionatında zəfərə gedən yolundan bəhs edilir. Bununla yanaşı, gənclər və idman naziri Fərid Qayıbovun, Mini-Futbol Federasiyasının təsisçisi Orxan Məmmədovun və Federasiya prezidenti Taleh Nəsibovun da fikirlərinə yer verilib.

İdeya müəllifi Sərxan İbrahimoğlu bildirib ki, ekran əsərinin ərsəyə gətirilməsində əsas məqsəd mini futbolçularımızın qarşıdan gələn dünya çempionatı öncəsi motivasiyalarının artırılması, onlara olan diqqətin, qayğının bariz nümunə kimi bir daha sərgilənməsidir.

Filmə aşağıdakı link vasitəsilə baxa bilərsiniz:

Son xəbərlər

Orphus sistemi