​Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək

​Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək Toplanış martda baş tutacaq
Futbol
277
8 Yanvar , 2016 19:38
​Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 21-də start götürəcək toplanış 1 həftə davam edəcək.

Toplanışa dəvət olunan futbolçuların siyahısı hələ açıqlanmayıb.

Qeyd edək ki, milli komanda 2016-cı ildə ilk rəsmi oyununu DÇ-2018-in seçmə qrup mərhələsində səfərdə San-Marino yığmasına qarşı keçirəcək. Görüş sentyabrın 4-də olacaq. 

Son xəbərlər

Orphus sistemi