Bakıda Azərbaycan - Belarus oyununu yerli hakimlər idarə edəcək

Bakıda Azərbaycan - Belarus oyununu yerli hakimlər idarə edəcək Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək
Futbol
311
26 Mart , 2022 09:37
Bakıda Azərbaycan - Belarus oyununu yerli hakimlər idarə edəcək

Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi