Azərbaycan Kubokunun püşkatma vaxtı açıqlandı

Azərbaycan Kubokunun püşkatma vaxtı açıqlandı “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək
Futbol
17 Noyabr , 2020 11:45
Azərbaycan Kubokunun püşkatma vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

“CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

Son xəbərlər

Orphus sistemi