Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib

Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib Bakının "İnter" klubu adını yarımfinala yazdırıb
Futbol
21 Dekabr , 2016 14:59
Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib. 

"Report"un məlumatına görə, bu Bakının "İnter" klubudur.

"Bankirlər" 1/4 finalda Gəncənin "Kəpəz" klubundan üstün olub. Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda bugünkü cavab görüşündə səfər heç-heçəsinə nail olub - 0:0.

Bununla da iki oyunun nəticəsinə əsasən, "İnter" yarımfinala vəsiqə qazanıb. Komandanın finala gedən yoldakı rəqibi "Qəbələ" - AZAL cütünün qalibi olacaq. 

Son xəbərlər

Orphus sistemi