Azərbaycan Kubokunda ilk yarımfinal cütünün tərkibi müəyyənləşib

Azərbaycan Kubokunda ilk yarımfinal cütünün tərkibi müəyyənləşib Yeganə topu Asif Məmmədov vurub
Futbol
21 Dekabr , 2016 17:52
Azərbaycan Kubokunda ilk yarımfinal cütünün tərkibi müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal cütünün tərkibi müəyyənləşib. 

"Report"un məlumatına görə, "İnter"in finala gedən yolda rəqibi "Qəbələ" olacaq.

Baş məşqçi Roman Qriqorçukun komandası 1/4 finalda AZAL-ı mübarizədən kənarlaşdırıb. "Qırmızı-qaralar" 2:1 hesabı ilə qalib gəldikləri ilk görüşün revanşında da üstün olub - 1:0. Yeganə topu 53-cü dəqiqədə Asif Məmmədov vurub.

Digər yarımfinalda isə "Qarabağ"ın rəqibi "Neftçi" - "Zirə" cütünün qalibi olacaq. Bu komandalar arasında Zirədə keçirilmiş ilk görüşdə flaqman böyük hesabla qalib gəlib - 3:0. Hazırda davam edən cavab görüşündə isə ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

Qeyd edək ki, yarımfinal oyunları 2017-ci il martın 30-da və aprelin 5-də olacaq.  

Son xəbərlər

Orphus sistemi