Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.
"Report" xəbər verir ki, axırıncı matçda ölkə kubokunun son qalibi "Keşlə" I Divizion klubu "Şüvəlan"la üz-üzə gəlib. Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında “Sabah” “Ağsu”ya (3:0), “Səbail” “Kəpəz”ə (4:0), “Sumqayıt” isə “Qaradağ Lökbatan”a (4:0) qalib gəlib.
Beləliklə, 1/4 final mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:
15-19 dekabr
“Neftçi” – “Sumqayıt”
“Zirə” – “Səbail”
16-20 dekabr
“Qəbələ” – “Sabah”
“Qarabağ” – “Keşlə”
Azərbaycan Kuboku 1/8 final
6 dekabr
13:30. "Ağsu” – "Sabah” - 0:3
Qollar: Bəxtiyar Soltanov, 6. Vitali Kvaşuk, 26. Emil Qasımov, 75
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Sabir Mütəllimov
Ağsu şəhər stadionu
13:30. "Kəpəz” – "Səbail” - 0:4
Qollar: Tome Kitanovski, 11. Aqşin Qurbanlı, 41. Orxan Qurbanlı, 62. Ağabala Ramazanov, 77
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Hakim-inspektor: Azad Mütəllimov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Gəncə şəhər stadionu
13:30. "Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4
Qollar: Nicat Qurbanov, 14. Süleyman Əhmədov, 29. Ülvi İsgəndərov, 69. 86
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Ramiz Əsədov
AFFA nümayəndəsi:
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Şüvəlan” – "Keşlə” - 0:3
Qollar: Əzəmət Ələkbərli, 47. Vaqif Cavadov, 50. Andre Klennon, 85
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
"AZAL Arena”