Azərbaycan Kuboku: "Zirə" səfərdə "Keşlə"yə qalib gəldi

Azərbaycan Kuboku: "Zirə" səfərdə "Keşlə"yə qalib gəldi Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib
Futbol
21 Aprel , 2021 20:24
Azərbaycan Kuboku: Zirə səfərdə Keşləyə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Keşlə" "Zirə"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı "Keşlə" açıb. 45+2-ci dəqiqədə Sadio Tounkara fərqlənib.

Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya qonaqlar daha fəal başlayıb. "Zirə"nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə Nemanya Ancelkoviç komandasını önə keçirib.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Cavab qarşılaşmaları aprelin 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi